Erməni mətbuatı: “Bu, Azərbaycanın Ermənistan parlamentində qələbəsidir”
Erməni mətbuatı baş nazir Nikol Paşinyanın partiyasının “anti-Azərbaycan” bəyanatını qəbul etməməsini “Ermənistan parlamentində Azərbaycanın qələbəsi” adlandırıb.
Bakupost.az erməni Teleqram kanallarına istinadən xəbər verir ki, Ermənistanın “Hayastan” müxalifət fraksiyası Azərbaycan parlamentinin 8 noyabr 2022-ci il tarixli bəyanatına cavab verməyi təklif edib.
Parlamentdə uzun müddət davam edən müzakirələrdən sonra hakim “Mülki müqavilə” səsvermədə iştirak etməyib.Qeyd edək ki, erməni müxalifətinin təklif etdiyi bəyanatda aşağıdakı məqamlar yer alırdı:
- “Artsax” xalqının öz müqəddəratını təyin etmək hüququ məhdudlaşdırıla bilməz.- Ermənistan Respublikası “Artsax”da yaşayan ermənilərin hüquqlarını qorumağa borcludur.- Azərbaycan “təhdid və güc tətbiqi siyasətini” davam etdirərək Türkiyə ilə birgə hərəkət edir.