Sosial şəbəkədə biz:

Hikmət Hacıyev: “Ermənistan illərdir ətraf mühitə ziyan vurur”

13 December 2022, 17:00
Gündəm

"Ermənistan işğal illərində Azərbaycan ərazisində mədəniyyət abidələrini dağıdıb, sərvətlərimizdən istifadə edib və ətraf mühitə ziyan vurub".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşdə deyib.

O, diplomatik nümayəndəliklərin rəhbərlərini Şuşa-Xankəndi yolundakı son vəziyyətlə bağlı məlumatlandırıb.