Sosial şəbəkədə biz:

Rusiya ordusuna könüllü qoşulan azərbaycanlı iş adamı həlak oldu - Foto

21 December 2022, 14:36
Gündəm

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı iş adamı Qalib İsayev Ukraynadakı müharibədə həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sankt-Peterburqda yaşayan diaspor üzvü Rizvan Şıxızadə məlumat yayıb. O bildirib ki, Q.İsayev Rusiya ordusu sıralarına könüllü olaraq qoşulub və aparılan döyüş əməliyyatlarında həlak olub.

Qeyd edək ki, vəfat edən Q.İsayev əslən Masallının Kolatan kəndindəndir.