Sosial şəbəkədə biz:

Naxçıvanda general vəzifədən azad edildi - Yeni təyinat

27 December 2022, 15:09
Gündəm

Dövlət Sərhəd Xidmətində daha iki yüksək vəzifə üzrə kadr dəyişikliyi olub.

"Azinforum.az" xəbər verir ki, kadr islahatları çərçivəsində DSX-nin rəis müavini, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad olunub. O, qurumun mərkəzi aparatında idarə rəisi təyin olunub.

Digər əmrlə N.Tağıyevin yerinə polkovnik Bəhmən Babayev təyin olunub. B.Babayev bu təyinata qədər DSX-nin "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.