Sosial şəbəkədə biz:

Prezident Vahid Hacıyevə yüksək vəzifə verdi

31 December 2022, 11:14
Gündəm

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Vahid Hacıyevin ana babası Osman Mirzəyev tanınmış jurnalist olub. (qafqazinfo)