Sosial şəbəkədə biz:

Balakəndə FACİƏ: Qazi öldü, anasının ürəyi dayandı

12 January 2023, 09:02
Gündəm

Vətən müharibəsi qazisi vəfat edib.

Lent.az xəbər verir ki, Balakən rayonu, İtitala kənd sakini Osmanov Zamir Şakir oğlu Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mərhumun cənazəsi bu gün Balakənə aparılaraq ailəsinə təhvil verilib.

Bu zaman oğlunun ölüm xəbərini eşidən anası Esma Çiliyevanın da ürəyi dayanıb.

Z.Osmanov dünən doğulduğu kənddə torpağa tapşırılıb.

Esma Çiliyeva isə bu gün dəfn ediləcək.

Allah rəhmət eləsin!