Sosial şəbəkədə biz:

Polisləri təhqir edən gəncin saçını kim qırxıb? - Açıqlama

18 January 2023, 16:00
Gündəm

Sosial şəbəkələrdə gəncin saçının kəsilməsi ilə bağlı görüntülər yayılıb.

İddia olunub ki, ötən gün canlı efirdə polisi təhqir edən şəxs bölməyə aparılıb və orada saçı qırxılıb.

Bu isə geniş müzakirəyə səbəb olub.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Bakupost.az -a bildirib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:"Bu, hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Araşdırılır".