Sosial şəbəkədə biz:

"Optimal Elektronika" ilə bağlı məhkəməyə müraciət edildi

25 January 2023, 08:59
Gündəm

"İnter Pazarlama" MMC "Optimal Elektronika" MMC ilə bağlı məhkəməyə müraciət edib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, "İnter Pazarlama" şirkəti alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.