Sosial şəbəkədə biz:

Azərbaycanlı hakim-inspektor Almaniya millisinin oyununa təyinat aldı

11 February 2023, 12:42
Gündəm

Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti dəfə təyinat alıb.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, o, Almaniya və Latviya yığmaları arasında keçiriləcək DÇ-2024-ün Avropa zonası üzrə seçmə matçında iş başında olacaq.

E. Səmədli Rumıniyadan olan hakimlər briqadasının işini qiymətləndirəcək.

Qeyd edək ki, qarşılaşma martın 3-də gerçəkləşəcək.//report