Sosial şəbəkədə biz:

FHN-in xilasediciləri tərəfindən 51 nəfər dağıntılar altından sağ çıxarılıb - VİDEO

12 February 2023, 10:34
Gündəm

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

FHN-dən verilən məlumata görə, xilasedicilərimiz zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 518 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

https://www.youtube.com/embed/nmcX78mJ__w