Sosial şəbəkədə biz:

Zəlzələdə həlak olan azərbaycanlı iş adamının cənazəsi Salyana gətirilib - FOTO

12 February 2023, 11:43
Gündəm

Türkiyədə zəlzələ zamanı həlak olan Azərbaycan əsilli Rusiya vətəndaşı, 1965-ci ildə Salyanın Arbatan kəndində anadan olmuş Əliyev Eldəniz Həbib oğlunun cənazəsi doğulduğu rayona gətirilib.

“Report”un Aran bürosunun məlumatına görə, mərhumun cənazəsi bu gün Arbatan kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Əliyev 40 ildən çoxdur ki, Sankt-Peterburqda yaşayıb, ticarətlə məşğul olub. İş adamı biznesi ilə əlaqədar Türkiyənin Hatay şəhərində səfərdə olarkən baş verən dağıdıcı zəlzələnin qurbanı olub.

 olub.