Elnur Vaqifoğlu Azərsoy adı ilə fəaliyyətə başladı
Bir neçə il əvvəl yaradılan Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatı (VHM) uzun müddətlik fasilədən sonra yenidən arenaya qayıdır. Bu barədə məlumatı jurnalist Elnur Vaqifoğlu verib: “Mən qərara gəldim ki, bundan sonra Azərsoy təxəllüsü ilə ictimai-siyasi arenaya çıxıb. Bu da yeni dünya düzənində təşkilatın ciddi siyasi layihələrə start verməsi anlamı kimi də başa düşülə bilər. Yaxın günlərdə ölkədə və dünyada insan hüquqlarının mövcud durumu mövzusunda tədbir keçirməyi də planlayırıq”.