Sosial şəbəkədə biz:

Milli Kitabxananın əməkdaşları işə çıxmaqdan imtina etdi

20 September 2023, 11:18
Gündəm

Azərbaycan Milli Kitabxanasının əməkdaşları bu gün işə çıxmamağa qərar veriblər. 

Pravda.az xəbər verir ki, buna səbəb Gülüstan Sarayında keçiriləcək Milli Kitabxananın 100 illik yubiley tədbirinə sıravi işçilərin dəvət edilməməsidir. 

Tədbirdə yalnız Milli Kitabxananın rəhbərliyi qatılacaq. Digər iddiaya görə, Milli Kitabxananın rəhbərliyi maaşa edilən əlavələri də vermək istəmir, həmin vəsaitin Gülüstan sarayında tədbirin təşkilinə xərcləndiyi bildirilir. 

Milli Kitabxananın elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova bununla bağlı telefon zənglərinə cavab verməyib.