Sosial şəbəkədə biz:

Terrorda həlak olan polisimiz dəfn olundu - Fotolar - Yenilənib

20 September 2023, 11:23
Gündəm

Ötən gün Xocavənddə terror aktı nəticəsində həlak olan polis serjantı Seymur Mahmudovla vida mərasimi keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, mərasimdə mərhum polisimizin yaxınları, Daxili İşlər Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edir.

S.Mahmudov Binəqədi rayon qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, terror aktı zamanı 4 nəfər polis əməkdaşı və 2 mülki şəxs həlak olub.

***

Polis serjantı Binəqədi rayon qəbiristanlığında torpağa tapşırılıb.