Sosial şəbəkədə biz:

Qaribaşvili Azərbaycanla əlaqələr barədə nə dedi?

05 October 2023, 16:35
Gündəm

Gürcüstanın Azərbaycanla tamamilə harmonik əlaqələri var.

Novosti Georgia-ya xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Qranadada deyib.

O, həyata keçirilən layihələrlə ölkəsinin regional kontekstdə oynadığını rolunun gücləndiyini vurğulayıb.

Qaribaşvili bildirib: “Ölkəmizin Avropa və ümumilikdə beynəlxalq ictimaiyyət üçün vacib əhəmiyyəti var. Regiondakı bütün ölkələrlə - Azərbaycanla, Ermənistanla, Türkiyə ilə tamamilə harmonik əlaqələrimiz mövcuddur. “Orta Dəhliz”in inkişafı kontekstində ölkəmiz vacib rola malikdir, çünki əgər Gürcüstan güclü və stabil olmasa bu layihə tamamlana bilməz”.