Sosial şəbəkədə biz:

Elgizin taleyi bəlli oldu

Azərbaycanın məşhur teleaparıcısı Elgiz Əkbərin hansı verilişdə efirə çıxacağı açıqlandı. ANS PRESS-in məlumatına görə, "Adam içində" layihəsi bağlandıqdan sonra Xoşqədəm Baxşəliyevanın "Sən tək deyilsən" verilişində 1 gün efirə çıxan Elgizin efir taleyi artıq bəllidir. O, gələn həftənin ilk günündən efirdə olacaq. E.Əkbər "Günə baxan" layihəsinin aparıcısı qismində tamaşaçılar qarşısında olacaq. Sevilən aparıcı həftə içi 5 gün, 2 saat yarım efirdə olacaq. Hazırki aparıcı Kamran Həsənlinin gedişi ilə "Günə Baxan" layihəsində bəzi dəyişikliklər də gözlənilir. "Ola bilsin ki, "Mətbəx" rubrikasını təqdim edən Telli Hüseynova da layihədən uzaqlaşdırılsın. Amma bu məlumat hələ dəqiq deyil". Qeyd edək ki, ANS TV-nin "Günə baxan" layihəsi həftə içi hər gün saat 10.00-dan 13.00-dək birbaşa yayımlanır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol