Sosial şəbəkədə biz:

Azərbaycanda 4862 “Xalq” və “Əməkdar” Prezident təqaüdçüsü var 

11 January 2024, 11:30
Gündəm

Azərbaycanda fəxri adı olan şəxslərin sayı 5 minə yaxınlaşır. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

DSK-nın məlumatına görə, hazırda ölkədə 4862 şəxs "Xalq" və "Əməkdar" fəxri adlarına görə Prezident təqaüdü alır.

Azərbaycanda sonuncu dəfə 2021-ci ildə Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru Fuad Qasımov "Xalq artisti" fəxri adına laiq görülüb.