Sosial şəbəkədə biz:

“ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhü dəstəkləyir”

12 January 2024, 00:10
Gündəm

“ABŞ Azərbaycan və Ermənistan arasında davamlı və layiqli sülh sazişini dəstəkləyir”.
Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn yanvarın 11-də keçirdiyi brifinqdə deyib.
O'Brayn ABŞ-ın bütün məsələləri hər iki ölkə ilə müzakirə etmək istədiyini bildirib:
“Biz Azərbaycan və Ermənistan arasında davamlı və layiqli sülh sazişini dəstəkləyirik. Onların ikitərəfli qaydada möhkəm gündəliyə malik olmalarına və aralarında qalan məsələləri həll etməyə davam etmələri bizi çox ruhlandırır. Üzərində işləmək üçün daha çox şey var və kömək edə biləcəyimiz dərəcədə dəstək verməkdən məmnunuq. Biz onların hər ikisinin sülh razılaşmasından faydalanmasını görmək istərdik və bu məqsədə ən məqbul olan yolla çalışacağıq”.