Qarabağa aid filmlərin çəkilməsinə nə mane olur? – Açıqlama
“Yaxşı filmlərimiz var”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Dolu” filminin ssenari müəllifi Aqil Abbas deyib.
O əlavə edib: “Azərbaycanda xeyli yaxşı film var. Sadəcə, “Oskar” dediyiniz yer siyasi təşkilatdır. Onlar erməniləri gözümüzə soxmaq üçün erməni filmini ora dəvət ediblər. Bütün dünya bilir ki, "erməni soyqırımı" olmayıb, amma bundan istifadə edirlər. Yəni bunu dərd eləmək lazım deyil. Gün gələr sözümüzü deyərik”.
Deputat son illər ölkədə bir neçə dünya səviyyəli filmin çəkildiyini bildirib:
““Sarı gəlin”, “Yalan” filmi son illərdə ölkədə çəkilən dünya səviyyəli filmlərdir. “Fəryad” və “Dolu” filmi müharibə ilə bağlıdır, döyüş səhnələri var. Dünya müsabiqələri ona görə bunu qəbul etmirlər.
Döyüş səhnələri olan filmləri isə beynimizə yeridirlər, amma bizim elə filmlərimizi qəbul etmirlər, eləməyəcəklər də…
“Yalan” çox gözəl filmdir, məmnuniyyətlə istərdim ki, orada iştirak eləsin. Amma qəbul etməzlər, çünki “Oskar” siyasidir. “Nobel” mükafatı da siyasidir”.
Yazıçı İkinci Qarabağ müharibəsindən bəhs edən film üçün yazdığı ssenarinin artıq hazır olduğunu qeyd edib:
“Ssenari hazırdır, hələ təqdim eləməmişəm”.