Sosial şəbəkədə biz:

Mebel sexindəki partlayışla bağlı açıqlama – “Bir neçə versiya var”

20 January 2024, 13:15
Gündəm

“Binəqədi rayonunda baş verən yanğınla bağlı istintaq hərəkətləri davam edir”.
Bunu Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, partlayışda xəsarət alan şəxslərin müalicəsi xəstəxanalarda davam edir.
“İş üzrə istintaq qrupu tərəfindən istintaq hərəkətləri aparılır, ekspertizalar təyin edilib”, - Kamran Əliyev qeyd edib.
Baş prokuror yanğının baş verməsi ilə bağlı bir neçə versiyanın olduğunu diqqətə çatdırıb və əlavə edib ki, həmin versiyalar araşdırılır: “Nəticə olan kimi, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq”.
Qeyd edək ki, Bakının Binəqədi rayonunda yerləşən mebel sexində baş verən yanğında 9 nəfər ölüb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alıb. APA