Sosial şəbəkədə biz:

“Ermənistan və Azərbaycan qarşılıqlı təminat tələb edir” – Paşinyan

21 January 2024, 11:03
Gündəm

“Ermənistan və Azərbaycan bir-birinə qarşı ərazi iddialarının olmamasına dair qarşılıqlı təminat tələb edir”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” partiyasının fəalları ilə görüşündə deyib.
“Biz Azərbaycandan, Azərbaycandan isə bizdən əlavə qarşılıqlı təminat istəyirik ki, nə bizim, nə də onların bir-birimizə qarşı hər hansı gizli ərazi iddiası olmasın. Bu, elə bir iş prosesidir ki, ona bu baxımdan yanaşmaq lazımdır”, - deyə o qeyd edib.
Baş nazirin çıxışı “Facebook” səhifəsində dərc edilib.