Sosial şəbəkədə biz:

“İrəvan Bakıya minalanmış sahələrə dair yeni məlumatlar ötürəcək” - RƏSMİ

26 January 2024, 08:16
Gündəm

“Ermənistan yaxın vaxtlarda minalanmış sahələrə dair yeni məlumatları Azərbaycan tərəfinə ötürəcək”.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistanın Milli Təhlükəsizlik Xidməti Qarabağın keçmiş hərbi qulluqçuları ilə müsahibənin aparılması üzrə işi bərpa edib. Bunun nəticəsində 8 yeni formulyar müəyyən edilib. Bu jurnallar yaxın günlərdə işçi kanallarla Azərbaycan tərəfinə veriləcək və onların nüsxələri beynəlxalq tərəfdaşlara göndəriləcək”, - məlumatda deyilir.