Bayden F-16 tədarükünə dair təlimat verib - Ərdoğan
Türkiyə ABŞ Konqresinin F-16-ların ölkəyə satışına icazə verəcəyinə inanır.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O bildirib: “Verilən vəd əsasında İsveçin NATO-ya üzvlüyünə dair protokol parlamentimizdə böyük səs çoxluğu ilə qəbul olundu. Mən imzaladım və həmin axşam “Resmi Gazete”də dərc olundu.
Bayden Nümayəndələr Palatasına yazılı göstəriş göndərib. İnşallah, oradan alınan nəticə F16-ların Türkiyəyə göndərilməsi prosesini təmin edəcək”.