Sosial şəbəkədə biz:

Tam orta təhsilli hərbçilərə bu rütbə veriləcək

28 January 2024, 11:53
Gündəm

Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” hərbi rütbəsi veriləcək.
Bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik edilməsi barədə imzaladığı fərmanda öz əksini tapıb.
Dəyişikliyə əsasən, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş tam orta (yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövr ərzində) təhsilli gizir və miçmanlara da hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “Kiçik leytenant” hərbi rütbəsi veriləcək.