Rəsulzadənin abidəsi ziyarət olundu
Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Bu münasibətlə bir qisim müxalifət nümayəndələri, ictimai fəallar və media əməkdaşları Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər.
Onlar plakatlarla və şüarlar səsləndirərək abidənin önünə gəlib və buraya gül dəstələri qoyublar.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli abidənin önündə çıxış edib.