Sosial şəbəkədə biz:

Tağı Əhmədov istefa veribmiş

02 February 2024, 16:02
Gündəm

Tağı Əhmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində tutduğu Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsindən ayrılıb. 
Bu barədə “Qafqazinfo”ya universitetin mətbuat katibi Nicat Abdullayev məlumat verib. 
Onun sözlərinə görə, T. Əhmədov səhhətində olan problem səbəbindən ötən ilin dekabrında işdən çıxıb:
“Tağı Əhmədovun səhhətində problem var idi və işlə aktiv şəkildə məşğul ola bilmirdi. Ona görə də öz ərizəsi ilə işdən ayrıldı. Onun yerinə professor Qasım Abdullayev seçildi”. 
“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkir. Onun hərəkət qabiliyyətini itirdiyi bildirilir.