Sosial şəbəkədə biz:

Azərbaycan Rusiyadan taxta-şalban idxal edən ölkələrin onluğuna DAXİL EDİLİB

04 February 2024, 01:28
Gündəm

Azərbaycan Rusiyadan taxta-şalban idxal edən on ən böyük ölkələr sırasına daxil edilib.

Bu barədə “Roslesinforq”un mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2023-cü ildə Rusiya məhsullarının ixracı əvvəlki illə müqayisədə 10% azalaraq 20,7 milyon kubmetr təşkil edib.

Çin 2023-cü ildə də Rusiya taxta-şalbanının ən böyük idxalçısı olaraq qalıb (13 milyon kubmetr). Tədarük həcminə görə ikinci yeri keçən il idxalı 8% artıran Özbəkistan (2 milyon kubmetr), üçüncü yerdə Qazaxıstan (926 min kubmetr, illik +17%) qərarlaşıb.
Digər sıralarda Azərbaycan (516 min kubmetr), Tacikistan (482 min), Qırğızıstan (417 min), İran (392 min), Cənubi Koreya (340 min), Yaponiya (337 min) və Honq Konq (283 min) yer alıb.