Sosial şəbəkədə biz:

İlham Əliyev 92,1 faiz səslə liderdir

08 February 2024, 00:08
Gündəm

Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələri elan olunub.

Azinforum.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi brifinqdə nəticələri açıqlayıb.

MSK sədri bildirib ki, ilkin nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.

Sonrakı sıralar aşağıdakı kimidir:

Zahid Oruc 2.2 faiz

Fazil Mustafa 1.99 faiz

Qüdrət Həsənquliyev 1.78 faiz

Razi Nurullayev 0.79 faiz

Elşad Musayev 0.66 faiz

Fuad Əliyev 0.48 faiz.