Sosial şəbəkədə biz:

Zelenski İlham Əliyevi təbrik etdi

08 February 2024, 16:32
Gündəm

Ukrayna Prezidenti Volodimir Zelenski İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib.
Zelenski bu barədə özünün “X” hesabında yazıb.
“İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edir, Azərbaycan xalqının rifahı naminə davamlı uğurlar və məhsuldar fəaliyyət arzulayıram. Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirirəm.
Bu tarixi dövrdə ölkəmizin azadlıq mübarizəsində Azərbaycanın göstərdiyi humanitar və digər yardımları yüksək qiymətləndiririk. Prezident Əliyevlə konstruktiv və etibarlı münasibətlərimizi, eləcə də komandalarımız arasında əməli əməkdaşlığı yüksək qiymətləndirirəm.
Əminəm ki, Ukrayna ilə Azərbaycanın strateji əlaqələri bundan sonra da möhkəmlənəcək”, - Ukrayna Prezidneti bildirib.