Sosial şəbəkədə biz:

Hövsanda yaşayış binasının önündəki ağacları kəsib icazəsis tualet tikən Məşədi kimdir?-Video

08 February 2024, 18:43
Gündəm

Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsi 4 -cü binanın sakinləri Azinforum.az İnformasiya Portalına ünvanladıqları şikayətdə bildirirlər ki, 9 mərtəbəli binanın önündə olan ağaçlıq qeyri-qanuni olaraq Məşədi kimi çağrılan şəxs tərəfindən zəbt edilərək, orada tualet tikilir. Sakinlər bildirirlər ki, Məşədi tualeti yaxınlıqda olan iaşə obyektlərinin müştəriləri üçün inşa etdirir. Bina sakini Hüseynov Tural Gülhüseyn oğlu saytımıza bildirdi ki, tikinti üçün həmin adamın icazəsi belə yoxdur. Hətta bu tikintini aparmaq üçün həmin ərazidə ağacların kəsildiyi də qeyd edikir. Sakinlər bu özbaşınalıqla bağlı Suraxanı İcra Hakimiyyəti və aidiyyəti üzrə polis bölməsinə şikayət etdiklərini bildirsələr də, Məşədi ilə bağlı heç bir tədbir görülməyib. Şikayətçi sakinlərdən biri-Hüseynov Turalın səs yazısını sizə təqdim edirik. Azinforum.az olaraq, tikintini aparan Məşədi adlı şəxslə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun və aidiyyəti rəsmi qurumların da mövqeyini dinləməyə hazırıq.

https://youtu.be/DW_tRPfUjto?si=WvbX22SCT-onKmHO