Sosial şəbəkədə biz:

Rəsul Quliyevdən Əliyevə təbrik: “Onlar dərsini almış oldu”

09 February 2024, 16:19
Gündəm

Azərbaycan Milli Məclisinin sabiq sədri Rəsul Quliyev  Prezident İlham Əliyevi fevralın 7-də keçirilən seçkilərlə bağlı qalib gəlməsi münasibəti ilə təbrik edib.

uliyev təbrikində bildirib:

“Hörmətli Prezident! 

Sizin seçkilərdə parlaq qələbəniz planetimizin istənilən regionunda danılmazdır. Bu seçki Azərbaycan xalqının Sizlərə sevgi və məhəbbətini əks etdirir. Sizin ailənizlə birlikdə Xankəndi seçki dairəsində qeydiyyatdan keçməniz çox böyük düzgün addımdır və hansı ki, bir daha “Qarabağ Azərbaycandır!” tezisini təsdiqləyir….

Bu seçkidə iştirak edən digər namizədləri də topladıqları təcrübəyə görə təbrik edirəm. Onlar bir daha “güclü rəqiblə necə mübarizə aparmaq lazımdır” dərsini almış oldular.

Hörmətli Prezident! 

Sizi bir daha əzəmətli qələbəniz münasibətilə təbrik edir - Azərbaycanımız üçün yeni mərhələnin açılışında, reformalarınızın startında Sizə uğurlar arzulayıram”.