Rəhim Qazıyevin qızı vəfat etdi
Azərbaycan sabiq müdafiə naziri Rəhim Qazıyevə ağır itki üz verib.
Pravda.az xəbər verir ki, R.Qazıyevin qızı vəfat edib.
Mərhum "Qurd qapısı" qəbristanlığında dəfn olunub.
Qeyd edək ki, R.Qazıyev 1992-1993-cü illərdə Azərbaycan müdafiə naziri olub.