Sosial şəbəkədə biz:

Avropa çempionatı: Azərbaycan güləşçiləri üç medal qazandılar

14 February 2024, 08:36
Gündəm

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycan millisinin yunan-Roma güləşçiləri bir dəst medal qazanıblar.

Onlardan 1-i qızıl, 1-i gümüş, 1-i bürünc mükafat əldə edib.

Murad Məmmədov (63 kq) finalda Aleksandr Qruşini (Ukrayna) məğlub edərək Avropa çempionu olub. Lakin Rəşad Məmmədov (55 kq) həlledici dueldə moldovalı Artyom Deleanuya uduzaraq, ikinciliyə yiyələnib.

Beka Kandelaki (130 kq) isə bürünc mükafata sahib çıxıb.