Rusiya-Ukrayna müharibəsində 23 min nəfər itkin düşüb - BQXK
2022-ci ilin fevral ayından davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən 23 min nəfər itkin düşüb.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) məlumat yayıb. Qurum itkin düşmüş şəxslərin əsir düşdüyü, öldürüldüyü və ya evlərindən didərgin salındığı bildirib.
Qeyd edilib ki, itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün araşdırmalar aparılıb.