Sosial şəbəkədə biz:

İsa Həbibbəylinin qardaşı “Azercell”i məhkəməyə verdi

21 February 2024, 16:52
Gündəm

“Azercell Telekom” MMC məhkəməyə verilib.

Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Həbibbəyli Yaqub Əkbər oğlu edib.

İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

Qeyd: Y.Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qardaşıdır.