Sosial şəbəkədə biz:

Alen Simonyandan SÜLH açıqlaması 

27 February 2024, 17:03
Gündəm

“Türkiyə Böyük Millət Məclisi sədrinin Ermənistanın Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa şansı olmadığını deməsi Azərbaycan-Ermənistan danışıqlarına təsir göstərmək üçündür”.

Bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Bu bəyanatda ritorikanı bir kənara qoysaq, mən də Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə deyiləm. Əgər kimsə başqa variant təklif edərsə, mən buna qulaq asmaram”, - deyə Simonyan söyləyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münasibətlərdə irəliləyiş var.

“Görüşürlərsə, demək ki, var”, - deyə Simonyan başqa sahələrdə geriləmə olduğunu da deyib.