"Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür” - Mirzoyan
"Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyib.
"Çətinliklərin olmasına baxmayaraq, biz öz tərəfimizdən həll yollarını tapmaq üçün konstruktiv səylər göstəririk. Müqavilə imzalamaqdan danışarkən, razılaşdırılmalı olan vacib məqamlar var. Onların arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədin demarkasiyası var” - Mirzoyan bildirib.