Sosial şəbəkədə biz:

Naxçıvanda uşaqların törətdiyi cinayətlərin sayı dəfələrlə artıb

Ötən il Azərbaycanda 14-17 yaşda olan uşaqlar tərəfindən 287 cinayət törədilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki illə müqayisədə 14-17 yaşda olan uşaqlar tərəfindən törədilən cinatətlərin sayı 1,4% artıb.
Belə ki, 2022-ci ildə 14-17 yaşda olan uşaqlar tərəfindən 283 cinayət törədilib.
Uşaqlar tərəfindən törədilən cinayətlər ən çox Naxçıvan Muxtar Respublikasında artıb. 2022-ci ildə Naxçıvanda 14-17 yaşda olan uşaqlar tərəfindən heç bir cinayət törədilmədiyi halda, 2023-cü ildə 10 cinayət törədilib.
Qeyd edək ki, uzun illər Naxçıvanda 14-17 yaşda olan uşaqlar tərəfindən cinayət törədilməyib. Yalnız ötən il cinayətlərin sayı kəskin artıb.
Son 20 ildə – 2002-2022-ci illər ərzində Naxçıvan Muxtar Respublikasında 14-17 yaşda olan uşaqlar tərəfindən cəmi 3 cinayət törədilib. Cinayət hadisələri 2007, 2020 və 2021-ci illərin hər birində bir dəfə baş verib. Qeyd etdiyimiz kimi, 2023-cü ildə son 20 ildə baş verən cinayətlərdən təxminən 3 dəfə çox – 10 cinayət törədilib.
Məlumat üçün onu da bildirək ki, 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Vasif Talıbov 2022-ci ilin dekabr ayının 21-də tutduğu vəzifədən istefa verib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol