Sosial şəbəkədə biz:

Bu il Kann Film Festivalına ölkəmiz də qoşulur

24 April 2024, 09:05
Gündəm

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq.

AzVision.az xəbər verir ki, bu barədə mükafatın rəsmi saytında məlumat yayımlanıb.

Məlumata görə, müsabiqəyə 11 ölkədən: Azərbaycan, Braziliya, Bolqarıstan, Kanada, Çin, Xorvatiya, Fransa, Kosovo, Litva, Portuqaliya və ABŞ namizədlər qoşulacaq.

Festivalda ölkəmizin təmsilçisi "Sanki yoxsan" filmi ilə rejissor Azər Quliyevdir.

Müsabiqə üzrə müfakatın - "Qızıl palma budağı"nın qalibi mayın 25-də açıqlanacaq.