Sosial şəbəkədə biz:

Kişi evində ondan borcunu tələb edən sevgilisini döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nail Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

 
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

İttihama görə, hadisə 03 iyun 2024-cü ildə, saat 08:30 radələrində Abşeron rayonu, Məmmədli kəndində qeydə alınıb.

Belə ki, Nail Əsədov yaşadığı fərdi yaşayış evində qeyri rəsmi ər-arvad münasibətlərində (sevgili) olan tanışı, zərərçəkmiş Qənirə Məmmədova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının ona əvvəllər vermiş olduğu 400 manat məbləğində borc pulu geri istəməsi olub. Bu zaman təqsirləndirilən şəxs evin həyətində qadının üzərinə hücum edib qəsdən onun qol, dirsəklərindən əlləri ilə tutub sıxıb yumruq zərbəsi ilə baş nahiyəsinə ardıcıl zərbələr endirərək xəsarət yetirib.

Hadisədən sonra Nail Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.  

Məhkəmədə zərərçəkmiş hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol