Sosial şəbəkədə biz:

Polis və ailəsini qətlə yetirən azərbaycanlılar - Həbsdə qaldılar

28 June 2016, 16:13
Gündəm
Rusiyada DİN-in Samara vilayəti üzrə Baş qərargah rəisinin müavini Andrey Qoşt və 5 ailə üzvünü xüsusi qəddarlıqla öldürən azərbaycanlıların həbs müddəti uzadılıb.Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, İslam Babayev, Orxan Zöhrabov, Roman Fətəliyev və tacik Məhəmmədəli Əhmədov haqqında daha əvvəl 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Cinayət işi üzrə axtarışlar davam etdiyi üçün ittiham olunan şəxslər oktyabrın 24-ə kimi həbsdə qalacaqlar.