Sosial şəbəkədə biz:

"Formula 1" zamanı bu yollar bağlanacaq - SİYAHI

Bakıda keçiriləcək 2024-cü il "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.

Belə ki, avqust ayının 13-ü saat 23:00-dan səhər saat 06:00-a qədər mərkəzi yollarda hərəkət və parkinq məhdudiyyətləri tətbiq olunacaq.

Yollar haqqında ətraflı məlumatı təqdim edirik:

13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, "Azadlıq" kəsişməsindən "Puşkin" kəsişməsinə qədər,

14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Xaqani-Rəşid Behbudov" və "Xaqani-Azadlıq" kəsişmələri arası,

15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, "Bülbül-Xaqani" və "Rəşid Behbudov-Xaqani" kəsişmələri arası.

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol