Sosial şəbəkədə biz:

Əmək müqavilələrinin sayı əmək müqaviləsiylə işləyənlərin sayından çoxdur

Bu ilin iyul ayının 1-nə olan məlumata görə Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 452 min 692 vahid artaraq 1 milyon 854 min 607 olub.
Yeniavaz.com Dövlət Vergi Xidmətindən açıqlanan məlumata istindən xəbər verir ki, qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 410 min 704 vahid artaraq 950 min 626 təşkil edib.
Məlumat üçün onu da bildirək ki, Dövlət Statistika Komitəsinin bu il iyul ayının 1-nə olan məlumatına görə Azərbaycanda muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1 milyon 760,8 min nəfər olub. Muzdla çalışan işçilərin 873,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Açıqlanan rəqəmlərdən də görünüdyü kimi, əmək müqavilələrinin sayı əmək müqaviləsi ilə işləyən muzdlu işçilərin sayından 93,8 min vahid və ya 5,3% çoxdur.
Onu da qeyd edək ki, əmək müqaviləsi muzdlu işçilərin sayından o halda çox ola bilər ki, 1 nəfər muzdlu işçi ilə birdən çox əmək müqaviləsi imzalansın.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol