Sosial şəbəkədə biz:

"Formula 1" pilotu Azərbaycan Qran-prisində cəzalandırıldı

"Alpin" pilotu Pyer Qasli Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində cəzalandırılıb.

Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Qərarı Beynəlxalq Avtomobil Federasiyasının stüardları qəbul ediblər.

Bildirilib ki, sürücünün bolidi sıralama turunda icazə verilən yanacaq sərfiyyatını aşıb.

O, bu səbəbdən diskvalifikasiya olunub.

Qasli sıralama turunda 13-cü yeri tutsa da, əsas yarışa sonuncu-20-ci pillədə start verəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı saat 15:00-da başlayacaq./Report


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol