Sosial şəbəkədə biz:

Bakıda bir yaşayış massivinə 3 gündür su gəlmir - VİDEO

24 September 2024, 16:52
Gündəm

Bakının Sabunçu rayonunda yerləşən Maştağa qəsəbəsində sakinlər 3 gündür susuzluqdan əziyyət çəkirlər.

Bu barədə Baku.ws-in "qaynar xətti"nə məlumat daxil olub.

Söhbət Maştağa qəsəbəsi Savalan massivindən gedir. Sakinlər bildirir ki, 3 gündür onların evlərinə su gəlmir. Bu vəziyyət onları təngə gətirib və həyatlarını iflic edib.

Şikayətçilər qeyd edirlər ki, aidiyyəti quruma müraciət etsələr də, problem həllini tapmayıb.

https://baku.tv/embed/158013