Sosial şəbəkədə biz:

Bakıda “Lexus” fiziki qüsurlu gənci vuraraq öldürdü

02 July 2016, 23:24
Gündəm
Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib. “ Azinforum.az ” Criminal.az-a istinadən xəbər verir ki, metronun ''İnşaatçılar'' stansiyasının qarşısında ''Lexus'' markalı avtomobil yolu keçmək istəyən gənc oğlanı vurub. Piyada aldığı xəsarətdən yerindəcə keçinib. Hadisə şahidlərinin məlumatına görə, maşın vuran gənc Yasamal ərazisində ''Makedon'' ləqəbi ilə tanınır. Fiziki qüsuru olan gənc avtomobillərin təkərini qaraltmaqla pul qazanırmış.