Sosial şəbəkədə biz:

Siyavuş Novruzov bəzi şəxslərə şəhid statusu verilməsinə qarşıdır

Avtomobil qəzasında ölən hərbçiyə şəhid statusunun verilməsi qanunvericiliyə uyğun deyil.

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, "şəhid" adı döyüş vaxtı ən yüksək amallar uğrunda dünyasını dəyişmiş şəxslərə verilir:

"Ancaq çox vaxt müddətdən artıq xidmət keçmək haqqında hərbi müqavilə bağlamış və ya çağırış əsasında xidmət keçənlər hərbi formada avtomobil qəzasına düşəndə və ya günvurmadan dünyasını dəyişirsə, onun valideynləri şəhid statusu tələb edirlər. Bu da düzgün deyil. Çünki torpaqlarımız uğrunda döyüşüb mübarizə aparan insanlarla onların fəaliyyəti üst-üstə düşmür. Bu səbəbdən bunları nəzərə almalıdırlar. Onlara şəhid statusu vermək olmur, bununla bağlı müraciətlər etməsinlər. Çünki qanunvericiliyimizə uyğun deyil". Report


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol