Sosial şəbəkədə biz:

"Deyirdi ki, "4 təkərlə" səni Qarabağı gəzdirəcəyəm" - VİDEO

Əməkdar artist Rafael İsgəndərov "Günə bax" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, proqramda aktyorun şəhid dostu Müşviq Abbasovun səs yazısı təqdim olunub.

O, dostu ilə bağlı xatirələrini bölüşüb: "Bizim Müşviqlə planlarımız çox idi. Özü deyirdi ki, "4 təkərlə" səni bütün Qarabağı gəzdirəcəyəm. Qismət olmadı. Oraya getdim, amma özü ilə yox. Sonuncu dəfə Ballıqaya istiqamətində getmişdik. Çadır qurmuşduq. Mənə hər şeyi danışırdı müharibə ilə bağlı. Planım da bu idi ki, ondan bunları öyrənim. Nə vaxtsa Qarabağla bağlı film çəkiləndə tarixi faktlar əsasında ondan istifadə edərdim. Əfsus olsun ki, bunu edə bilmədim. Alınan torpaqlarımızda çadır qurub qala bilmədik. Çox maraqlı olardı ki, onunla gedim".

Qeyd edək ki, M.Abbasov 44 günlük Vətən müharibəsində iki oğlu -  Şamil və İntiqam ilə birlikdə könüllü olaraq döyüşlərə qatılıb. O, Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb və 6 oktyabr 2020-ci ildə rayonun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin sərəncamları ilə M.Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

https://www.youtube.com/embed/f39O8RCie_w


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol