Sosial şəbəkədə biz:

Azərbaycanda bu xidmət 3 dəfə bahalaşdı

Göyçayda şəhər mərkəzində yerləşən bazara giriş üçün qiymətlər artırılıb. Əvvəllər kənd təsərrüfatı məhsullarını satmağa gələnlərdən giriş üçün 50 qəpik-3 manat arasında vəsait tələb olunurdusa, indi bu məbləğ 3-4 dəfə artırılıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər maşınlarını bazardan kənarda saxlayaraq, satmaq üçün gətirdikləri məhsulları əllərində daşımalı olurlar.

Bazara daxil olmaq üçün kimi 2 manat, kimi də 5-7, hətta 12 manat ödəyir.

Satıcıların bəziləri məcbur qalıb 12 manat ödəməklə bazara giriblər.

Məsələ ilə bağlı bazarın nümayəndəsi Coşqun Şərifov bildirib ki, qiymətlərin qaldırılması bir neçə ay əvvəldən olub.

Hazırda bazara maşınla girmək istəyənlər yüklərini əllə aparırlar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol