Sosial şəbəkədə biz:

Ağasəlim Mircavadov: “Ronaldinyodan sonra “Real Madrid”in və“Liverpul”un da nümayəndələri ölkəmizə gələcəklər”

“Ronaldinyo Qauşonun ölkəmizə gəlişinin faydası olacaq”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın qocaman futbol mütəxəssisi Ağasəlim Mircavadov deyib. 

“Eşitdiyimə görə, COP29-da idmanla bağlı tədbirlər də keçiriləcək. Məlumat verilmişdi ki, gələn qonaqlar arasında futbolçular, məşqçilər və digər idman sahələrindən nümayəndələr də ola bilər. Hazırda Ronaldinyonun Bakıya gəlməsi müsbət hadisədir. O, daha əvvəl də Azərbaycanda olub. Həmin vaxt “Qəbələ” klubunun rəhbəri onu Azərbaycana gətirmişdi. Dahi futbolçunun Azərbaycana gəlişi, əlbəttə, müsbət cəhətdir. Çünki onun biliyi, danışığı, xüsusən, balaca futbolçular üçün vacibdir. Artıq uşaqlarla görüşüb. Bu, Azərbaycan futbolu üçün mühüm amildir. Ronaldinyonun ölkəmizə gəlişinin xeyiri olacaq. Ümumiyyətlə, COP29 çox gözəl hazırlanıb, təşkilatçılıq yüksək səviyyədədir. Hər gün izləyirəm. Hamı Azərbaycandan danışır. Bütün ölkə rəhbərləri, hökumət nümayəndələri... Şükür Allaha, inkişaf edirik. Məlumatıma görə, COP29 çərçivəsində Bakıya “Real Madrid”in, “Liverpul”un nümayəndələri də gələcəklər. Onların gəlişi iqlim dəyişikliyi, ekoloji tədbirlər çərçivəsində atılan vacib addımlardandır”, - A.Mircavadov bildirib. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol